Modern.az

BMT-nin baş katibi Xamneini “İslam dünyasının dini lideri” adlandırıb

BMT-nin baş katibi Xamneini “İslam dünyasının dini lideri” adlandırıb

8 Sentyabr 2012, 11:01

İranda keçirilən Qoşulmayanlar Hərəkatının sammitində iştirak edən BMT-nin baş katibi Pan Gi Mun  İranın ali dini lideri Əli Xammnei ilə görüşü zamanı İran rəhbərini  “İslam dünyasının dini lideri” adlandırıb. Modern.az  İran KİV-lərinə istinadən bildirir ki,  ikitərəfli görüş zamanı BMT rəhbəri Suriya böhranın həll olunması üçün İran rəhbərindən kömək etməyi xahiş edib. 

“Siz təkcə İranın yox, İslam dünyasının dini rəhbərisiniz. Sizin görüşünüzə gəldim ki, regionda baş verənlərə, xüsusilə Suriya böhranının həllində kömək edəsiniz”-deyə Pan Gi Mun vurğulayıb. “Mən Suriya mövzusu ilə bağlı İran İslam Respublikasından xahiş edirəm ki, öz nüfuz və qüdrətindən istifadə edib böhranın həlli üçün zəminə yaratsın”-deyən BMT baş katibi Xamneiyə deyib ki, BMT Suriyadakı müxalifətə silah göndərilməsinin dayandırılmasını istəyir. Görüş zamanı İranın nüvə proqramı ilə bağlı məsələ müzakirə edilib. Pan Gi Mun vurğulayıb ki, BMT İranın nüvə proqramı ilə bağlı  rəsmi Tehranın MAQATE və 5+1 qrupu ilə həmkarlığınızı arzulayır.

Xamnei öz növbəsində bildirib ki, İran İslam Respublikası “nüvə silahı olmayan Yaxın Şərq” prinsipi üzərində israrlıdır və BMT nüvə silahı ilə bağlı mövcud narahatçılığını aradan qaldırılmasında ciddi səy göstərməlidir. “Təəssüf ki, BMT-nin tərkibində qüsur var, dünyanın nüvə silahına malik olan və ondan istifadə etmiş imperialist gücləri Təhlükəsizlik Şurasına hakim kəsilib”-deyə İranın ali dini lideri bildirib.

“Suriyada müharibəni yaradan dövlətlər Kofi Annan planının icrasına mane oldular və bu planın həyata keçməsinə imkan vermədilər... Nə qədər ki, bu təhlükəli oyun bəzi dövlətlər tərəfindən davam etdirilir, Suriyada vəziyyət dəyişməyəcək”-deyə Xammnei vurğulayıb.

 

X.SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi