Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə mal-qaranın sığortası prosesi davam edir.
Modern.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inəkləri sığortalamaq mümkündür. Aqrar sığorta şərtlərinə əsasən, inəklərin sığortası üzrə iki sığorta zərfi mövcuddur. Bunlar baza risklərini əhatə edən 1-ci və daha geniş riskləri əhatə edən 2-ci sığorta zərfləridir.
Sığorta müqaviləsini 1-3 illik müddətə bağlamaq mümkündür. Müqavilənin müddəti artdıqca, illik sığorta tarifi və sığorta haqqı aşağı düşür.
Birinci sığorta zərfinə aşağıdakı risklər aiddir:
Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri belədir:
Şərtsiz azadolma məbləği | 10% | 20% |
1 illik | 6.1% | 5.4% |
2 illik | 11.8% | 10.5% |
3 illik | 17.2% | 15.2% |
Daha sadə desək, qiyməti 5 000 manat olan inək baza sığorta zərfi (6,1%) ilə sığortalananda
1 illik müqavilədə - illik sığorta haqqı 305 manat, fermerin ödədiyi məbləğ 162,5 manat,
2 illik müqavilədə - illik sığorta haqqı 295 manat, fermerin ödədiyi məbləğ 147,5 manat,
3 illik müqavilədə - illik sığorta haqqı 287 manat, fermerin ödədiyi məbləğ 143,5 manat təşkil edir.
İnəklərin sığortalanması üçün 2-ci sığopta zərfi isə yuxarıda göstərilənlərdən əlavə olaraq aşağıdakı riskləri əhatə edir:
Başqa sözlə, daha geniş riskləri əhatə edən ikinci paket üzrə sığorta tarifləri aşağıdakı kimidir:
Şərtsiz azadolma məbləği | 10% | 20% |
1 illik | 9.5% | 8.3% |
2 illik | 18.4% | 16.1% |
3 illik | 26.8% | 23.4% |
Sadə şəkildə desək, 5000 manatlıq inək daha geniş sığorta zərfi (sığorta haqqı 9,5%)ilə sığortalananda
1 illik müqavilədə illik ümumi sığorta haqqı 475 manat, fermerin ödədiyi məbləğ 237,5 manat,
2 illik müqavilədə illik sığorta haqqı 460 manat, fermerin ödədiyi məbləğ 230 manat,
3 illik müqavilədə illik sığorta haqqı 446 manat, fermerin ödədiyi məbləğ 223 manat təşkil edir.
Qeyd edək ki, hazırda qanunvericiliyə dəyişikliklər üzərində təkliflər hazırlanır və qarşıdakı aylarda ətlik mal-qaranın, eləcə də xırdabuynuzlu heyvanların – qoyunların və keçilərin də sığortalanmasına başlanılması nəzərdə tutulur.