Modern.az

ÜST vaksinlərin qeyri-bərabər paylanmasından narahatdır

ÜST vaksinlərin qeyri-bərabər paylanmasından narahatdır

29 Mart 2021, 16:40

COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

 

O bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir:

 

"Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək".

 

ÜST rəhbəri dünya ölkələrini peyvəndləmə prosesinə 2021-ci ilin ilk 100 günü ərzində başlamağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular