Modern.az

Gənc əsgərlər xidmət yerlərinə yola salındılar

Gənc əsgərlər xidmət yerlərinə yola salındılar

29 Mart 2021, 18:47

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

 

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

 

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

 

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular