Modern.az

Türkiyədən Azərbaycana sement ixracı azalıb

Türkiyədən Azərbaycana sement ixracı azalıb

29 Mart 2021, 19:22

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4,81 milyon dollar təşkil edib.

 

Bu barədə Modern.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında Türkiyə Azərbaycana 2,891 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 8,3 faiz çoxdur.

2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin ilk iki ayı ilə müqayisədə 2,1 faiz artaraq 609,554 milyon dollara bərabər olub.

 

Son 12 ay ərzində (fevral 2020-ci il – fevral 2021-ci il) Türkiyə 3,77 milyard dollar məbləğində sement ixrac edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular