Modern.az

Sabahdan hava pisləşəcək, leysan olacaq

Sabahdan hava pisləşəcək, leysan olacaq

8 Sentyabr 2012, 13:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilə məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 26-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 9-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı ehtimalı var, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi