Azərbaycan Xalq Partiyasına (AXP) yeni qərargah verilib
Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri Pənah Hüseyn məlumat verib.
P.Hüseyn Azadlıq prospekti 161b ünvanında yerləşən inzibati binada AXP-yə qərargah məqsədi ilə istifadə üçün təklif edilən 59,8 kv.m. qeyri-yaşayış sahəsini təhvil almaq barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri ilə birillik icarə müqaviləsi imzaladığını qeyd edib (apa).