Modern.az

Federasiya azarkeşlərlə bağlı qərarını ləğv etdi

Federasiya azarkeşlərlə bağlı qərarını ləğv etdi

29 Mart 2021, 22:12

Martın 30-da Türkiyə və Latviya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyununa azarkeş buraxılmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Tibb Komitəsi qərar qəbul edib. COVID-19 pandemiyası dövründə riskli addımların atılması və azarkeşlərin bir yerə toplaşmasının ciddi fəsadlara yol açacağı qənaətinə gəlinib.

 

Qeyd edək ki, Tütkiyə - Latviya matçı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Dünən TFF tribunaların 15 faizinə azarkeşlərin buraxılacağını açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular