Modern.az

Paytaxtda daha bir piyada vuruldu

Paytaxtda daha bir piyada vuruldu

29 Mart 2021, 23:47

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Bağırov Nihat Elçin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol dizin əziyi diaqnozu qoyulub.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular