Mərakeş hakimiyyəti koronavirus pandemiyasının yayılması ilə mübarizə çərçivəsində Fransa və İspaniya ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.
Modern.az xəbər verir ki, bu barədə "Le360" informasiya portalı hakimiyyət strukturlarındakı mənbələrə istinadən bildirib.
Mərakeşdən Fransa, İspaniyaya və əks istiqamətdə sərnişin təyyarələrinin uçuşları martın 30-dan dayandırılacaq.
Portalda bundan əvvvəl bildirilib ki, krallığın hakimiyyəti yeni koronavirus növlərinin yaranması və yayılmasına görə narahatdır.