2008-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya, artıq vahid məktəbli formasına keçidlə nəticələnir. İki il əvvəl təhsil ictimaiyyəti, şagird və valideynlər tərəfindən dəstəklənən bu ideya hazırda Azərbaycanın bütün məktəblərində tətbiq olunur.
2010 - 2011- ci tədris ili isə Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyiminin tətbiqi ili olacaq. Hazırda geyimlərin tikiş prosesi gedir. Vahid məktəbli geyiminin tətbiqinə isə bu ilin may ayından start veriləcək. Modern.az-ın məlumartına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
İdarənin məlumatına görə, ilkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I - IV siniflər) vahid formaya keçəcəklər. Növbəti mərhələlərdə V – IX və X – XI siniflər üçün hazırlanan geyimlərə keçiləcək.
Qeyd edək ki, geyimlər Bakının hər bir rayonunda təşkil olunan satış mərkəzlərində satılacaq. 2010 - 2011- ci tədris ilində bu geyimlər Bakının 326 orta ümumtəhsil məktəblərinin I-IV siniflərində tətbiq olunacaq.
2011-2012-ci tədris ilində Bakı şəhərinin bütün orta məktəblərində I-XI sinif şagirdləri vahid məktəbli geyimləri geyinəcəklər. Vahid məktəbli geyimi 3 formada olacaq və bu da sinifləri, təhsil pillərini əhatə edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib ki, hər bir rayonda satış mərkəzləri yaradılacaq ki, həmin rayonun şagirdləri ordan rahat geyimlər alsınlar. Bu geyimlər şagirdlərin ölçülərinə uyğun olacaq. Əgər hansısa şagirdin qeyri-standart ölçüsü olarsa, o ayrıca sifariş verib geyim tikdirə bilər.
I-IV sinifləri üzrə geyimlərin qiyməti 28 manat 50 qəpik-30 manata, V-XI siniflər üçün geyimlərin qiymətləri 40-50 manata olacaq.
Məktəblərin I – IV siniflərində tətbiq olunacaq geyimlər şəkillərlə təqdim olunur.
|
|
|
|