Bu gün Müsavat Partiyasının qərargahında partiyanın ümumrespublika müşavirəsi keçirilib. Müsavat Partiyası başqanı İsa Qəmbərin giriş sözü ilə başlayan müşavirə altı saata yaxın davam edib. Müşavirədə partiyanın rayon-şəhər təşkilatları sədrləri, başqan müavinləri, funksionerlər və partiya fəalları iştirak edib.
Tədbirdə Arif Hacılı məruzə ilə çıxış edib. Divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və digərlərinin nitqləri dinlənilib. Müşavirədə rayon-şəhər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qurultaya hazırlıq mərhələsində bütün təşkilatlarda konfrans və ümumi yığıncaqlarının keçirilməsinin başa çatdırılması, partiyaya yeni üzvlərin, o cümlədən gənclərin, qadınların cəlb edilməsinə diqqətin artırılması, partiya strukturlarının möhkəmləndirilməsi və respublikanın bütün bölgələrində zona müşavirələrinin keçirilməsi barədə tapşırıqlar verilib.
Qeyd edək ki, müşavirə mətbuata qapalı keçirilib.
Anar RÜSTƏMOV