Modern.az

Nazir işdən çıxarılacaq müəllimlərlə bağlı açıqlama verdi

Nazir işdən çıxarılacaq müəllimlərlə bağlı açıqlama verdi

10 Sentyabr 2012, 10:57

2011-2012-ci il tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan müəllimlərin 2 faizinin əmək fəaliyyətini davam etdirməsinə icazə verir.
Misir Mərdanov  bu qərarın çox humanist addım olduğunu da deyib:
“Bizim əsas məqsədimiz yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından işə və Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır. Hesab edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək və dayanmaq lazımdır. Əgər bu adam hazırda Azərbaycan millətinə ləyaqətlə xidmət edirsə, onu saxlamaq lazımdır”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi