Modern.az-ın xəbər verdiyi kimi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında bayraq meydanı inşa olunur. Hündürlüyü 80 metr olan bayraq dirəyi qurulub. Meydanın ətrafında yerə daş döşənməsi işləri aparılır. Bir neçə aydır davam edən işlərin nə zaman bitəcəyi ilə maraqlandıq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Seyfəddin Rəhimov
Modern.az-a açıqlamasında bildirdi ki, hələ orada işlər davam edir. Şöbə müdirinin sözlərinə görə, işlərin xeyli hissəsi görülüb.
“Aparılan işlər tamamlanmayıb. Bu baxımdan dəqiq vaxt demək olmaz ki, işlər nə zaman tam bitəcək”.
Qeyd edək ki, İcra Hakimiyyətinin binası önündən keçən nəqliyyat yolu təmirdən sonra bağlanacaq. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin önündə maşın yolu olmayacaq. Bundan başqa, Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının fasadında da təmir işləri davam etdirilir. Təmir tam başa çatdıqdan sonra İcra Hakimiyyətinə özünəməxsus yaraşıq verən sarmaşıqlar binanı yenidən bəzəyəcək.
Anar Kəlbiyev