Bakı Metropoliteninin müvəqqəti bağlanan “20 Yanvar-Dərnəgül” stansiyaların fəaliyyəti bərpa olunub. Bu barədə Modern.az-a Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 6-sı saat 22:00-da Bakı Metropoliteninin müvəqqəti bağlanan «20 Yanvar-Dərnəgül» sahəsinin fəaliyyəti sentyabrın 10-u saat 06:00-da yenidən bərpa olunub. Stansiyalar adi iş rejimində fəaliyyət göstərir, «Həzi Aslanov-Dərnəgül» istiqamətində və əksinə olmaqla, qatraların hərəkəti təmin edilərək, sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb.
Məlumatda oda bildirilib ki, Bənövşəyi xəttin tunellərinin «Memar Əcəmi-2» stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. Bənövşəyi xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına qədər uzunluğu 2 min metr olan tunellərin inşası başa çatdırılıb və ikinci tunelqazma kompleksi də Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyasına istiqamət alıb. Həmin tunelin uzunluğu 1300 metrdir.
Mail Ağaxanov