“Sürət Hüseynovun oğlu Nail Hüseynov xırda xuliqanlıq və sərxoş vəziyyətdə ictimai yerdə asayişi pozduğuna görə 12 sutka azadlıqdan məhrum edilib”.
Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev Modern.az-a eks-baş nazirin oğlunun saxlanılmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, N.Hüseynov sərxoş vəziyyətdə ictimai yerdə söyüş söyərək, insanlara qarşı qeyr-etik davranıb.
“O əməkdaşlarımız tərəfindən saxlanılaraq, məhkəməyə aparılıb. Nail Hüseynov barəsində 12 sutkalıq həbs qəti-imkan tədbiri seçilib”-deyə general bildirib.
Xatırladaq ki, dünən sabiq baş nazir Sürət Hüseynovun oğlu Nail Hüseynov Gəncədə “Ramada” otelində həbs edilib. Sürət Hüseynov oğlunun həbsini “təxribat” adlandırıb.
Anar Rüstəmov