Modern.az

Şuşanı işğal etmiş erməni general ÖLDÜ

Şuşanı işğal etmiş erməni general ÖLDÜ

Hadisə

31 Mart 2021, 15:38

Ermənistan ordusunun ehtiyatda olan general-mayoru Arkadi Ter-Tadevosyan ölüb.


Modern.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, 82 yaşlı general koronavirusun qurbanı olub.

 "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan Yerevandakı "Erebuni" Tibb Mərkəzində müalicə olunurdu.

Arkadi Ted-Tadevosyan 1939-cu ildə Tbilisidə anadan olub.

Separatçılar tərəfindən "Dağlıq Qarabağ Qəhrəmanı" adı verilmiş general-mayor 1992-ci ildə - Birinci Qarabağ savaşı zamanı Şuşanın süqutuna səbəb olmuş "Dağlarda toy" əməliyyatının müəllifi kimi erməni silahlı qüvvələrinə komandirlik etmişdi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı düşməndən azad edib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər