Modern.az

Bakı kəndlərinin kanalizasiya sistemi yenilənir - “Azərsu” ASC

Bakı kəndlərinin kanalizasiya sistemi yenilənir - “Azərsu” ASC

Təhsil

10 Sentyabr 2012, 12:47

“2012-ci il Bakı şəhərində 60-dan artıq ünvanda yağış sularının axıdılması üçün drenaj sistemi, yeni xətlər çəkilib. Bu xətlərin uzunluğu 800 km-dən çoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Bununla yanaşı, o, 7 mindən artıq yağış barmaqlarının quraşdırılması və yuyulması, yəni içinin təmizlənməsi prosesinin həyata keçirildiyini vurğulayıb:

“Bu işlər mütəmadi olaraq davam edir. İlkin növbədə mütəxəssislərimiz monitorinq apardı. Gecə və gündüz yağış yağan vaxtlar hansı ərazilərdə daha çox su toplanır,  hansı ərazilərdə yağış sularından gölməçələr yaranır, biz həmin ərazilərdə yağış barmaqlıqlarının quraşdırılması işini həyata keçirmişik. Növbəti mərhələdə istəyirik ki, şəhərin mərkəzindəki bütün küçə, prospekt və dalanları bununla təmin edək. İnşaatçılar, Şərifzadə, Neftçilər prospekti, Həsən Əliyev küçəsi, Zərdabi, Nəşriyyat prospekti və eyni zamanda hardakı təmir işləri aparılır orada həm də yağış barmaqlıqlarının quraşdırılması işini həyata keçiririk”.

A. Cəbrayıllı bildirib ki, bu həm yağış sularının küçələrdən toplanaraq yığışdırılmasına, həm də həmin suların toplanaraq kanalizasiya kollektorlarına deyil, birbaşa dənizə axıdılmasına imkan verəcək.

”Bu da bizim işimizi xeyli asanlaşdıracaq. 2011-2013-cü illərdə Bakı şəhərinin və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı Dövlət Proqramında “Azərsu” ilə bağlı bir bənd var ki, əsaslı təmir olunan yollarda su və kanalizasiya xətlərinin ehtiyac olarsa, dəyişdirilməsi və yaxud yenilərinin çəkilməsi istiqamətində işlər aparılsın. Əvvəldə qeyd etdiyim kimi, biz lazım olan yerlərdə su və kanalizasiya sistemlərini dəyişdirdik. Proqrama uyğun olaraq 62 yaşayış massivi, qəsəbə və kəndlərdə layihələndirmə işləri aparmışıq. Onların bir hissəsində artıq tikinti işlərinə başlanılıb. Fatmayı, Mehdiabad, Saray, Binə, Kürdəxanıda bu istiqamətlərdə işlərə başlamışıq. Zirədə, Balaxanıda anbar kompleksinin tikintisinə başlamışıq. Buna baxmayaraq şəhərdə də fasiləsiz su təchizatı üçün işlər görürük. Bizim mərkəzi anbarlarımız bar ki, onlarda rekonstruksiya işləri aparırıq”.

Aytən Əliyeva
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi