Modern.az

Sahibə Qafarovadan soyqırımı PAYLAŞIMI

Sahibə Qafarovadan soyqırımı PAYLAŞIMI

31 Mart 2021, 15:56

Milli Məclisin sədri Sahibə Qafarova  31 mart Dünya Azərbaycanlılarının soyqırımı ilə bağlı Facebook səhifəsində paylaşım edib.

 

Modern.az xəbər verir ki, Sədr soyqırıma məruz qalan insanların dərin hüznlə yad edildiyini xatırladıb:

 

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə erməni dəstələri tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı illər keçsə də unudulmayacaq. Soyqırımına məruz qalmış bütün sakinlərimizi və Şəhidlərimizi dərin hüznlə yad edirik!”

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı