Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) Kayseri millət vəkili Mustafa Elitaş və Kahramanmaraş millət vəkili Mahir Ünal sədr müavinləri seçilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin parlamentdəki qrup rəhbəri Naci Bostancı mediaya qapalı iclas keçirib.İclasda partiyanın İstanbul millət vəkili Mehmet Muş və Tokat millət vəkili Özlem Zengin də boş qalan sədr müavini yerlərinə seçiliblər.
AKP-nin qrup sədr müavinləri Bülent Turan, Cahit Özkan və Muhammet Emin Akbaşoğlu da mövcud olan vəzifələrini davam etdirəcklər.
Nəzrin VAhid