Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı burada keçiriləcək
Sabah Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanında iştirak edəcəyi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı Qəbələ şəhərində keçiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə türk mətbuatı məlumat yayıb. Bildirilib ki, tədbirin keçirilmə yeri dəyişdirildiyindən rəsmi toplantı Qəbələdə təşkil olunacaq.
Toplantıya Türkiyə heyətinə R.T.Əərdoğan başçılıq edəcək. Həmçinin qeyd olunub ki, Qəbələdə təşkil olunacaq tədbirdə iki ölkə arasında siyasi əlaqələr, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq, iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, elm, mədəniyyət sahələrində əməkdaşlığın gələcək prioritetləri müzakirə ediləcək.
Türkiyə mətbuatının yaydığı məlumata görə, toplantıda Qarabağ problemi, Ermənistan-Azərbaycan əlaqələri və erməni soyqırım iddiaları da müzakirəyə çıxarılacaq.
Yığıncağın sonunda isə 5 razılaşma imzalanacaq. Toplantıda Türkiyə ilə Azərbaycan arasındakı viz rejimi məsələsə gündəmə salınmayıb.
A.RÜSTƏMOV