Modern.az

BMT Baş Assambleyasının sədri Azərbaycana gələcək

BMT Baş Assambleyasının sədri Azərbaycana gələcək

31 Mart 2021, 22:13

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri Volkan Bozkır Azərbaycana səfər edəcək.

 

Modern.az “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib.

 

Onun sözlərinə görə, səfər 1-12 aprel tarixlərində baş tutacaq. Volkan Bozkır öncə Türkiyəyə səfər edəcək. Daha sonra Qətər və Azərbaycanda olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular