Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana gələcək. Bu, 11-15 sentyabar tarixlərində 3 ölkəyə səfər çərçivəsində onun baş çəkəcəyi ilk məkandır.
Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan prezident İlham Əliyevlə birlikdə iki ölkə arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısına rəhbərlik edəcək.
Ərdoğanın Azərbaycan səfərinin arxasında TANAP layihəsi durur. İyun ayında İstanbul şəhərində bu layihənin ilkin razılaşmasını Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzalayıb.
Qəbələdən sonra Türkiyənin baş naziri Şəki şəhərini ziyarət edəcək. Şəkidə bir çox tarixi yerləri gəzdikdən sonra Ukraynanın paytaxtı Kiyevə gedəcək.
Sevinc İltifatqızı