“Hazırda Qafqaz Müsəlmanları İdarəsində cümə günlərində, bayramlarda, məhərrəmlikdə oxunulacaq xütbələrlə bağlı hazırlıq işləri görülür. 2013-cu ildən etibarən məscidlərdə vahid xutbə məsələsi yenidən gündəmə gələcək”.
Bu barədə Modern.az-a Qafqaz Musəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə məlumat verib.
QMİ rəsmisi bildirib ki, məscidlərin axundları bayramlarda, cümə günlərində, məhərrəmlikdə danışacaqları mövzü barədə QMİ-yə məlumat verirlər. “Biz də onların göndərdikləri mövzüların hansı məzmunda oxunması ilə bağlı məlumat veririk”. Hacı Mirəziz Seyidzadə qeyd edib ki, hazırda QMİ məscidlərdə cümə günlərində, bayramlarda, məhərrəmlikdə oxunulacaq xütbələrlə bağlı hazırlıq işləri görülür. Gələn ildən məscidlərdə vahid xütbələrin oxunmasına nəzarat olunacaq.
Qeyd edək ki, bu ilin əvvəlində QMİ məscidlərdə vahid xütbələrin oxumasın təklif etmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində QMİ-nin bu təlklifini dəstəkləmişdi.
Mail Ağaxanov