“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsindən bir ilə yaxın vaxt keçir. Bu bir il ərzində Gənclər və İdman Nazirliyi gənclərlə bağlı hansı işləri görüb?
“Yerlərdə gənclər evlərinin və gənclər mərkəzinin yaradılması, mövcud olanların təkmilləşdirilməsi və şəbəkələşməsi istiqamətində addımlar atılıb və 2015-ci ilə qədər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində əlvə olaraq 10 rayon və şəhərdə gənclər evi inşa ediləcək”.
Bunu
Modern.az-a açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavininin sözlərinə görə, eyni zamanda Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair proqram çərçivəsində də Bakının 5 rayonunda gənclər evi inşa ediləcək və bütün mərkəzlər müasir standartlara cavab verəcək.
“Bu proqramda yeni texnologiyalar geniş şəkildə öz əksini tapıb. Həmin texnologiyalar vasitəsilə Azərbaycan tarixinin və mədəniyətinin təbliğ olunması, yeni oyunların istehsal olunması, Qarabağla bağlı yeni resurs bazanın yaradılması və s. reallaşmasında gənclər fəal şəkildə iştirak edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı artıq bir ildir ki, icra olunur və kifayət qədər addımlar atılıb. Azərbaycan Gənclər Fondu yaranıb və bu fond ilk qrant müsabiqəsini élan edib. Müsabiqənin qalibləri təltif olunub. Bu layihələrin böyük əksəriyyəti Azərbaycanın regionlarında icra ediləcək. Bunun içərisində beynəlxalq layihələr var. Düşünürəm ki, proqram cəmiyətimizin və regionlarımızın inkişafına öz töhfəsini verəcək”.
İ.Babayev gənclərin kadr potensialına dair məlumat bazasının yaradılması işinin sona çatmaq üzrə olduğunu deyib:
“Bununbla bağlı artıq Nazirlər Kabinetinin sərəncamı imzalanıb və hal-hazırda həmin məlumat bankının formalaşması istiqamətində addımlar atılır. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin nəznində xüsusi insan kapitalının idarə edilməsi ilə bağlı xüsusi şöbə yaradılıb ki, xaricdə təhsil alan gənclər haqqında məlumat toplansın və onların gələcəkdə Azərbaycanda işlə təmin olunmması istiqamətində addımlar atılsın”.
Nazir müavini bildirib ki, dövlət proqramı çərçivəsində beynəlxalq əlaqələrin genişlənməsində kifayət qədər addımlar atılıb.
“Gənclərin beynəlxalq mübadiləsi həyata keçirilir. Proqram çərçivəsində bir sıra ölkələrlə gənclər, gənc mütəxəssislər və tələbələr şəkilində mübadiləni həyata keçiririk. Bu yay təxminən üç minə yaxın gənci əhatə edən düşərgələrimiz təşkil olundu. Düşünürəm ki, bu proqram geniş şəkildə tətbiq olunur. Bu proqramın icrasının monitorinqini təmin etmək üçün Əlaqələndirmə Şurası formalaşıb. Əlaqələndirmə Şurasında nazirliklərlə yanaşı beynəlxalq təşkilatların və qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələri təmsil olunur ki, tam şəffaflıq təmin edilsin”.
Anar Kəlbiyev