Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün Azərbaycandan da müşahidəçilər olacaq. Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, seçkilərdən bir necə gün öncə komissiyanın əməkdaşları seçkiləri izləmək üçün Gürcüstana yollanacaqlar.