Modern.az

Nazir müavini: “Son zamanlar kiber məkanda qarşılıqlı hücumlar olur”

Nazir müavini: “Son zamanlar kiber məkanda qarşılıqlı hücumlar olur”

10 Sentyabr 2012, 18:02

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son vaxtlar Azərbaycan saytlarına edilən haker hücumlarına münasibət bildirib.

Elmir Vəlizadə Modern.a-a açıqlamasında deyib ki, son zamanlar kiber məkanda qarşılıqlı hücumlar olur. Nazir müavini bunu qanunazidd bir hərəkət kimi pislədiklərini deyib.

“Hesab edirik ki, belə bir addımların atılması, heç bir cəmiyyətə üstünlük gətirmir. Ancaq belə faktlar mövcuddur. Azərbaycana qarşı edilmiş kiber hücumlardan sonra Azərbaycanda olan mütəxəssislər də belə bir addım atdılar və Ermənistan prezidentinin saytı mmüəyyən vaxt işləmədi. Ancaq qeyd edirik ki, belə bir qarşılıqlı hücumların edilməsinin sonu yoxdur və bunlar edilməli deyil. Bunlar qanunazidd bir hərəkətlərdir. Belə faktların olduğunu nəzərə alaraq, onlardan müəyən dərəcədə dərs götürüb, kiber hücumlara qarşı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır”.

E.Vəlizadə bildirib ki, son zamanlar qanunvericilik səviyyəsində bir neçə normativ aktlar qəbul olunub. Nazir müavini qəbul olunan qanunların dövlət saytlarının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı olduğunu deyib:

“Sənədlərdə qeyd olunub ki, onların tərtibatı zamanı müəyən tələblərə riayət olunsun və digər bu kimi addımlar həyata keçirilsin. Qeyd edirik ki, bu təhlükəsizlik məsələləri hər bir istifadəçidən asılıdır. Hər bir istifadəçi bu məsələlərə diqqət yetirməlidir. Xüsusən də bu, dövlət orqanlarına aiddir ki, dövlət orqanlarında olan informasiya resuslarının təhlükəsizliyi təmin edilsin”.

Anar Kəlbiyev  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi