Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna səfər edib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da dövlət başçısı mərhum prezident Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Prezident abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev sentyabrın 10-da Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olub.
Əvvəlcə dövlət başçısı Mədəniyyət Evinin tikintisini və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxıb.
Sonra Azərbaycan Prezidenti Mədəniyyət Evinin teatr-konsert zalında olub. Bildirildi ki, burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır.
Görülən işlərlə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olubş
Dövlət başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxıb.
Məlumat verildi ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
***
Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-ə üzv ölkələrin səfirlərini qəbul edib.
Görüşdə Azərbaycanın ATƏT-ə üzv olduğu 20 il ərzində əldə etdiyi nailiyyətlər, Azərbaycan-ATƏT əməkdaşlığının bütün aspektləri üzrə qazanılan uğurlar, həmçinin ölkəmizin yerləşdiyi geostrateji vəziyyət, üzləşdiyi problemlərlə bağlı fikir mübadiləsi aparılıb.
Modern.az