Modern.az

Payız imtahanlarının nəticələri açıqlandı

Payız imtahanlarının nəticələri açıqlandı

10 Sentyabr 2012, 18:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu siniflər üzrə sentyabrın 9-da keçirilmiş payız imtahanlarının nəticələrini açıqlayıb.

Payız imtahanında iyun ayında keçrilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya imtahanda iştirak edib, bir və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak ediblər. Payız imtahanında 28000-dən çox şagirdin iştirak edib.
Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı (30 riyaziyyat, 30 Azərbaycan dili) təqdim edilib. Bundan əlavə şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi də yerinə yetirilib.
   
TQDK bəyan edib ki, ümumi  orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alıblar.

Nəticələr TQDK-nın rəsmi internet saytında (//tqdk.gov.az/ortamekteb2012net9_p/)  yerləşdirilib. Şagirdlər 7727 nömrəsinə SMS gondərməklə də öz nəticələrini öyrənə bilərlər.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

 


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi