Bakı-Sumqayıt yolunda bir neçə saat tıxac olub
Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Sakinlərin Modern.az-a verdiyi məlumata görə, paytaxtın “Şamaxinka” deyilən əzarisindən Biləcəri istiqamətində, eləcə də Bakı-Sumqayıt avtomagistralında təxminən saat 20:00 radələrində dəhşətli tıxac meydana gəlib.
Hətta tıxacın 3-4 saat davam etdiyi bildirilib. Modern.az saytının əməkdaşı da tıxaca düşənlər sırasında olub. Yaranmış tıxacın bir ucu Sumqayıtda, bir ucu isə Bakının çıxacağında olduğu deyilir.
Modern.az