Modern.az

Maska taxmaq və peyvənd vurdurmaq orucu pozur? - Hacı Şahindən cavab

Maska taxmaq və peyvənd vurdurmaq orucu pozur? - Hacı Şahindən cavab

3 Aprel 2021, 15:38

Dünyada milyonlarla insan ötən ilki kimi bu ilin Ramazan ayını karantin rejimində keçirəcək. Eyni zamanda, açıq havada karantin rejimi qaydalarına uyğun olaraq hər kəs maskadan istifadə edir.

 

Hamını düşündürən bir sual var. Maskadan istifadə etmək oruc tutan insanlara hansısa problem yaradacaq?

 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında bildirib.

 

“Ramazan ayı növbəti dəfə pandemiya dövrünə təsadüf edir. Razaman müddətində də karantin rejimi qaydalarına əməl edilməyi tövsiyyə olunur. Maskalardan istifadə etmək razaman ayının orucunu pozmur və orucluğa ziddiyə təşkil etmir. 

 

Qeyd edim ki, peyvənd vurulması belə orucluğu pozmur”.

 

Fidan İlqarqızı

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular