“Ehtiyatda olanlar, yəni 20 il xidmətdə olan zabit, gizir və onların ailə üzvləri bizim təminatımızdadırlar”.
Modern.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.
“Tərxis olunan qazilərin dərman təminatını isə biz həyata keçirə bilmirik. Yüksək rütbəli zabit və gizirlər, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı bizim üzərimizdədir. Bəzən qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunmaq istəyirlər. Biz də onların hospitallarda müalicə olunmasını istəyirik. Amma qanunlar var, həmin qanunlara görə onların müalicəsini təşkil edə bilmirik. Bizim təminatımızda olan qazilərin müalicəsini təşkil edirik”.