Modern.az

Azərbaycanda 1 milyona yaxın insan peyvənd olunub

Azərbaycanda 1 milyona yaxın insan peyvənd olunub

Aktual

3 Aprel 2021, 16:56

Azərbaycanda son sutkada 35 780 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 12 469 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 23 311 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 924813 nəfərə COVID-19 əlyehinə vaksin vurulub.

 

Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582463 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342350 nəfərdir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular