İran ABŞ-ın sanksiyalarını ləğv etməkdən imtina etdiyini açıqladı.
Modern.az xaricə KİV-ə istinadən xəbər verir ki, İranın ingilisdilli dövlət televiziyasına danışan Hatibzadə sanksiyaların ləğvinin İranın açıq siyasəti olduğunu bildirib.
ABŞ-ın nüvə sazişinə qayıtması məsələsini müzakirə etmək üçün ABŞ, Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və İranın yüksək vəzifəli nümayəndələri aprelin 6-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcəklər.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranla görüşməyəcəklərini, lakin buna hazır olduqlarını söyləyib. İranın Xarici İşlər naziri Cavad Zərif isə ABŞ ilə görüşməyəcəklərini qəti şəkildə deyib.
Nəzrin Vahid