Modern.az

Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi

Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi

Aktual

3 Aprel 2021, 18:17

Aprelin 3-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qaradağlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

 

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular