Modern.az

Bu universitetin tələbələri təhsillərini İspaniyada davam etdirəcəklər

Bu universitetin tələbələri təhsillərini İspaniyada davam etdirəcəklər

Aktual

3 Aprel 2021, 18:52

İspaniyanın Kastilya Dizayn İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsinin Dizayn sahəsi üzrə təhsil alan iki tələbəsi 2021/2022 akademik ilinin payız semesterində Kastilya Dizayn İnstitutunda təhsil alacaq.

 

Modern.az xəbər verir ki, təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.

 

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında açıq müsabiqə elan edir. Müsabiqədə hal-hazırda Dizayn ixtisası üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.

 

Bu imkandan yararlanmaq istəyən tələbələr aprelin 22-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində administration [email protected] ünvanına göndərə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular