Modern.az

“Real Madrid” autsayderə iki qolla qalib gəldi

“Real Madrid” autsayderə iki qolla qalib gəldi

3 Aprel 2021, 21:37

Aprelin 3-də futbol üzrə İspaniya La Liqasının 29-cu turunun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “kral” klubu “Real Madrid” öz meydanında autsayder “Eibar”ı qəbul edib. Hər hissədə bir qol vuran madridlilər 2:0 hesablı qələbə qazanıb. Zinəddin Zidanın yetirmələrinin heyətində Marko Assensio və Kərim Benzema fərqləniblər.

 

Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Real Madrid” qismən olsa da, turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Eibar” isə 23 xalla 19-cu yerdə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular