Modern.az

Dövlət sərhədini narkotik maddələrlə keçmək istədi - yaxalandı 

Dövlət sərhədini narkotik maddələrlə keçmək istədi - yaxalandı 

Aktual

4 Aprel 2021, 10:58

2021-cu ilin 4 aprel tarixində saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

 

Bu barədə Modern.az-a DSX Mətbuat Mərkəzindən bildirilib.

 

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbay­can Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keç­ib.

 

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilmiş və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.

 

Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.

 

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular