Modern.az

Hikmət Hacıyev: “Ermənistanın yerləşdirdiyi minalar ciddi təhdid yaradır”

Hikmət Hacıyev: “Ermənistanın yerləşdirdiyi minalar ciddi təhdid yaradır”

Aktual

4 Aprel 2021, 15:19

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar Tvitter səhifəsində paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, paylaşımda bildirilib ki, BMT 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan edib.

 

Azərbaycan Prezidentinin köməkçisi paylaşımda Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistanın yerləşdirdiyi minalara diqqət çəkib:

 

“Ermənistan tərəfindən yerləşdirilən minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhdid yaradır və azad edilmiş torpaqlarda sosial və iqtisadi inkişafa mane olur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular