Modern.az

Ramil Şeydayev 147 gündən sonra start heyətində yer aldı

Ramil Şeydayev 147 gündən sonra start heyətində yer aldı

Aktual

4 Aprel 2021, 16:40

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.

 

Modern.az-ın məlumatına görə, hücumçu “Sabah”ın “Qəbələ” ilə bugünkü qarşılaşmasına “11-lik”də başlayacaq.

 

XXI turun bu matçı ilə Ramilin start heyəti həsrəti bitəcək. O, sonuncu dəfə 147 gün öncə ilk dəqiqələrdən meydana çıxıb.

 

Bu, IX turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) baş verib. Sonradan əsas heyətdə yerini itirən forvard bəzən sonradan meydana çıxıb, bəzən ikinci komandaya göndərilib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular