Modern.az

\"Neftçi\" uduzdu, \"Qarabağ\" lider oldu

\

4 Aprel 2021, 20:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, çempionatın liderlərindən "Neftçi" "Sumqayıt"ı qəbul edib.

 

"Bakcell Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın heyətində Rəhim Sadıxov 4-cü dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi 42-ci dəqiqədə penaltini də dəqiq yerinə yetirib.

 

Qələbə sayəsində 29-cu xalını qazanan "Sumqayıt" 4-cü yerdədir. "Neftçi" isə 42 xalla 2-ci yerdə qərarlaşıb.

 

XXI turun daha bir oyunu "Qarabağ"la "Keşlə" arasında baş tutub.

 

"ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

 

"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.

 

Qeyd edək ki, günün digər qarşılaşmalarında "Sabah" evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular