Modern.az

Qəbələdə maşın çaya aşdı - xəsarət alan var

Qəbələdə maşın çaya aşdı - xəsarət alan var

4 Aprel 2021, 21:11

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

 

Sürücü Elnur İsgəndərovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yol kənarındakı beton maneəyə çırpılıb, sonra isə Dəmiraparan çayına düşüb. E. İsgəndərov qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular