Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov xaricə müalicə üçün gedənlərin sayının artmasında medianı qınayıb. Modern.az xəbər verir ki, millət vəkili bu haqda danışarkən deyib ki, Azərbaycan mediası bütün günü xaricdə olan güclü xəstəxanaları reklam edir.
“Buna görə də imkanlı azərbayanlılar müalicə üçün xaricə üz tuturlar. Belə fikir var ki, xaricə müalicəyə gedənlərin sayı artıbdır. Amma bu belə deyil. Mən bununla razılaşmıram. Azərbayanda müalicə alanların sayı yetərli qədərdir”-deyə millət vəkili bildirib.