Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Modern.az xəbər verir ki, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən kişini "VAZ" markalı avtomobil vurub. Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.