Modern.az

Neymar Messi ilə “Barselona”da oynamaq istəyir

Neymar Messi ilə “Barselona”da oynamaq istəyir

Aktual

5 Aprel 2021, 00:18

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar yenidən “Barselona”da oynamaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa nəşrləri məlumat yayıb.

 

Bildirilir ki, Lionel Messinin “Barselona”da qalacağını bildiyinə görə, Neymar PSJ ilə müqaviləni yeniləməmək qərarına gəlib.

 

“Neymarın ətrafı oyunçunun “Barselona”ya qayıtmaq arzusunda olduğunu bildirir.

Braziliyalı PSJ ilə müqavilə danışıqlarını dondurub. Futbolçu “Barselona”ya mümkün qayıdışını müzakirə etmək üçün yeni rəhbərliklə əlaqə saxlayıb”, - deyə Avropa mətbuatı yazır.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular