Modern.az

Modern.az-ın əməkdaşı Nar Mobile-nin müsabiqəsində 1-ci yeri tutdu

Modern.az-ın əməkdaşı Nar Mobile-nin müsabiqəsində 1-ci yeri tutdu

Media

11 Sentyabr 2012, 13:05

Nar Mobile mobil operatoru iyul ayında jurnalistlər arasında start verdiyi “Azərbaycanın rabitə sahəsinin inkişafında xüsusi töfhəsi olan insanlar” mövzusunda yazı müsabiqəsinin qalibini elan edib.
Şirkətdən Modern.az saytına bildirilib ki, münsiflərin yekun rəyi ilə Modern.az portalının əməkdaşı Sevinc İltifatqızının “Alo, aparatda danışan Əhmədovdur...” başlıqlı məqaləsi 1-ci yerin qalibi elan olunub.  

Bununla da, Nar Mobile həm ilk yeri qazanmış qalibimizi və həmçinin digər iştirakçıları təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bütün iştirakçılar ən yaxın zamanda Nar Mobile ofisinə dəvət olunaraq, rəsmi mükafatlandırılma mərasimində dəyərli hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki,  müsabiqə Milli Mətbuat günü ilə əlaqədar olaraq jurnalistlər arasında keçirilib və bir ay müddətində davam edib.
Nar Mobile hər zaman mətbuat nümayəndələri ilə əməkdaşlığı yüksək qiymət verərək, hər il jurnalistlər üçün müxtəlif tədris proqramları, kampaniyalar, müsabiqələr və görüşlər keçirir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi