Modern.az

Azərbaycanda partiya sədri koronavirusa yoluxdu – vəziyyəti ağırdı

Azərbaycanda partiya sədri koronavirusa yoluxdu – vəziyyəti ağırdı

Aktual

5 Aprel 2021, 13:50

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı koronavirusa (COVİD-19) yoluxub.

 

Modern.az xəbər verir ki,bu barədə tanınmış hüquqşünas Namizəd Səfərov öz “Feysbuk” hesabında paylaşım edib.

Namizəd Səfərovun sözlərinə görə, Nemət Pənahlının son durumu heç də ürəkaçan deyil.

 

“Nemət Pənahlı COVID-19-la həyat uğrunda ölüm-dirim mübarizəsi aparır”.

 

Qeyd edək ki, Nemət Pənahlı Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə meydan hərəkatı zamanı əsas simalardan biri olub.

 

Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular