Modern.az

Ərdoğanla İordaniya kralı ilə danışdı

Ərdoğanla İordaniya kralı ilə danışdı

Aktual

5 Aprel 2021, 16:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

 

R.T.Ərdoğanla II Abdullah iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyətini və regional məsələləri müzakirə ediblər.

 

Qeyd edək ki, şənbə günü ölkə ordusu kral II Abdullahın ögey qardaşı, keçmiş şahzadə Həmzəni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.

 

Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid  bütövlükdə 16-dək şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular