Mllət vəkili Vahid Əhmədov Quba şəhərində seçiciləri ilə görüşüb. Bu barədə Modern.az-a deputat özü məlumat verib. V.Əhmədov seçicilərini qəbul edərək onların müraciətlərinə baxıb. Qəbulda 30-dan çox vətəndaş iştirak edib. Deputat əhalini narahat edən problemlər -işsizlik, gənclərin təhsil aldıqdan sonra işə düzəlməklə bağlı üzləşdikləri çətinliklər, bağbanların yetişdirdikləri meyvə məhsullarının satılması və qonşu ölkələrə aparılması zamanı rastlaşdıqları maneələr, qışın gəlməsi ilə bağlı hazırlıq işlərindəki qayğılar ,həmişəki kimi maliyyə çatışmamazlığı və imkansızlıq və s. problemləri dinləyərək öz tövsiyyələrini verib. Q e yd edək ki, bütün müraciətlər qeydiyyata alınaraq həlli üçün tədbirlər müəyyənləşdirilibdir. V.Əhmədov gün ərzində Quba şəhərində aparılan abadlıq işləri və Quba-Təngəaltı istiqamətində yolda aparılan təmirtikinti işləri ilə tanış olub. Modern.az