Modern.az

ABŞ daha iki şəxsi sanksiya siyahısından çıxardı

ABŞ daha iki şəxsi sanksiya siyahısından çıxardı

5 Aprel 2021, 22:23

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşını keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən ötən ilin sentyabr ayında əlavə edildikləri sanksiya siyahısından çıxarıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

 

Məlumata əsasən, sanksiya siyahısından BCM-nin prokuroru Fatu Bensuda və BCM-nin şöbə rəisi Fakiso Moçoçoko çıxarılıb.

 

Xatırladaq ki, aprelin 2-si ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq edilmiş sanksiyaların ləğv edildiyini açıqlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular